BDU-nun filoloq-alimləri Türkiyədə Beynəlxalq Konqresdə
Ötən həftə Türkiyənin Konya şəhərində Səlcuq Universitetinin təşkilatçılığı iləBeynəlxalq Müqayisəli Ədəbiyyatşünaslıq Konqresi keçirilib. AzerTaym.az xəbər verir ki, əsas mövzusu müqayisəli ədəbiyyatşünaslıq olan konqresdə filologiyanın müxtəlif problemləri üzrə də elmi məruzələr dinlənilib, müzakirələr aparılıb. Bu möhtəşəm elmi tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin dilçi alimləri: Filologiya fakültəsinin dekanı, f.e.d. ElçinMəmmədov, Azərbaycan dilçilik kafedrasının professoru Zemfira Şahbazova, Türk filologiyası kafedrasının dosenti Kəmalə Əhmədova təmsil etmişlər. Konqresin materiallar toplusunda Elçin Məmmədovun “Türkiyə türkcəsinin ünsiyyət coğrafiyası”, Zemfira Şahbazovanın “Xitabların məna xüsusiyyətləri”, Kəmalə Əhmədovanın “Çox komponentli mürəkkəb cümlələr” adlı məqalələri çap olunub. Konqresə aktual elmi mövzularla qatıldıqlarına görə təmsilçilərimiz Səlcuq Universitetinin sertifikatına layiq görülüblər.