Ramil Usubov qaynına yüksək vəzifə verdi - General idarə rəisi təyin edildi

Ramil Usubov qaynına yüksək vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib 

Daxil olan məlumata görə, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib. 
N.Şirinov bundan sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edəcək. 
Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qaynıdır. 
Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.(mia.az)






Fikirlər