Qərb Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Картинки по запросу Qərb Universiteti

Qərb universiteti 2016-ci il üçün fəlsəfə doktoru proqrami üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

AzerTaym.az-ın verdiyi məlumata görə, Qərb Universiteti 2016-ci il üçün Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya aşağıdakı istiqamətlər və ixtisaslar üzrə qəbul elan edir:

TEXNİKİ ELMLƏR
- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi 
 İQTİSADİ ELMLƏR
- Daxili fiskal siyasət və dövlət maliyyəsi 
- Dünya iqtisadiyyatı 
- Sahə iqtisadiyyatı 
 FİLOLOGİYA ELMLƏRİ
- German dilləri 
- Dünya ədəbiyyatı 
 SİYASİ ELMLƏR
- Beynəlxalq münasibətlər 
 SƏNƏTŞÜNASLIQ
- Texniki estetika və dizayn 
 Doktoranturaya və dissertanturaya qəbul qaydaları:
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 ildir. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada təhsil müddəti 4 ildir.
 Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi qeydiyyat vərəqəsi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və diploma əlavənin müvafiq qaydada tədiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
 Sənədlər 2016-ci il 29 noyabrdan, 15 dekabra qədər qəbul edilir.






Fikirlər