“...Xalqa demək lazımdır ki, Azərbaycanda rəqabət OLMAYACAQ”

““...Xalqa demək lazımdır ki, Azərbaycanda rəqabət olmayacaq”

Millət vəkili Vahid Əhmədov yaz sessiyasının ilk iclasında iki qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

AzerTaym.az”-ın məlumatına görə, o bildirib ki, 2016- cı ilin sonunda Azərbaycanın inkişaf modeli dəyişdirilərək “Strateji Yol Xəritəsi” təsdiq edildi: “Bu sənədin həyata keçirilməsi üçün ciddi addımlar atılmalıdır. Bu, çox ağır sənəddir. Biz illərdir ki, iki qanun layihəsinin qəbul edilməsini qaldırırıq. Amma onlar gündəliyə salınmır. Bunlardan biri “ Maliyyə nəzarəti” haqqında qanun layihəsidir. Biz korrupsiyanın qarşısını almaq istəyiriksə, bu qanunu qəbul etməliyik. Maliyyə Nazirliyi bildirib ki, qanun üzərində işlənilir. Amma bu sənəd Milli Məclisə daxil olmur.

Digər qanun isə “ Rəqabət Məcəlləsi” dir. Bu qanunu iki dəfə müzakirə edib qəbul etmişik. Sonradan qanun hara getdi xəbərimiz olmadı. Doğrudan da bu qanun lazım deyilsə bunu xalqa demək lazımdır ki, Azərbaycanda rəqabət olmayacaq. Azərbaycanda monopoliyanı, inhisarçılığı aradan qaldırmaq lazımdır. Mən xahiş edirm ki, bu qanun layihələri gündəliyə salınsın”.

Spiker Oqtay Əsədov bildirib ki, “Rəqabət Məcəlləsi” ni üçüncü oxunuşdan dəyişdirilmək üçün geri çağırdı: “ Bu da 2008- ci ildə başlanan böhran vəziyyəti ilə bağlıdır. Bu qanunun maddələri dəyişdirilməlidir. Dəyişəndən sonra yəqin ki, göndərəcəklər. “Maliyyə nəzarəti” məsələsi də nəzarətdədir. Hazırda o qanun üzərində işlənilir”.






Fikirlər