Deputat saytla bağlı bəyanat VERDİ

Deputat saytla bağlı bəyanat verdi

Milli Məclisin deputatı Çingiz Qənizadə haqqında yayılan şayiələrlə bağlı müraciət yayımlayıb.

 AzerTaym.az  həmin müraciəti təqdim edir.

Hörmətli jurnalist dostlarım!

Son vaxtlar mənə çatan məlumata görə, “afn.az” saytının mənimlə bağlı olduğu ilə əlaqədar kimlər tərəfindənsə xəbərlər yayılıb.

Siz bilirsiniz ki, hər bir saytın saxlanması üçün hər ay xeyli vəsait lazımdır. Mənim isə belə imkanım olmadığı hamınıza məlumdur. İkincisi, mənim kim və nə haqdasa fikir bildirməyim üçün parlament tribunasından danışmaq hüququm və mətbuatda sizin kimi dostlarım var. Bir daha bəyan edirəm ki, mənim mətbuatda və sayt rəhbərləri arasında çoxsaylı dostlarım var, sağlam jurnalistika ilə məşğul olan hər kəsə hörmət bəsləməklə yanaşı, həmişə ünsiyyətdə olmağa hazıram. Mən tək-tək millət vəkillərindən biriyəm ki, mətbuata həmişə açıq olaraq qalıram.

Lakin bu o demək deyil ki, məni hansısa saytla, o cümlədən “afn.az”la bağlasınlar. Düşünürəm ki, sayt rəhbərliyini sizdən biri kimi tanımaq, o sayta bağlılıq kimi dəyərləndirmək kimlərinsə fərziyyələrinin məhsuludur.

İstər “afn.az”, istərsə də digər saytlarda kimlərinsə haqqında yoxlanılmamış, qərəzli material çap olunarsa, mən həmin şəxsləri məhkəməyə müraciət etməyə çağırır, hüquqşünas kimi isə onlara hüquqi yardım göstərməyə hazır olduğumu bildirirəm”.






Fikirlər