Aqiyə Naxçıvanlı: “Azərbaycandakı belə hallara göz yummaq OLMAZ”
Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi “Ailədaxili münaqişələrin yaranma səbəbələri və onların aradan qaldırılması yolları” mövzusunda dəyimi masa keçirir. Modern.az xəbər verir ki, ailə institutunun formalaşmasında adət-ənənələrimiz silsiləsindən keçirilən dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Daxili İşlər, Ədliyyə, Səhiyyə naziliklərinin, Dini Qurumlarla İşü üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları, icra hakimiyyəti başçılarının müavinləri və digərləri iştirak edirlər. AzerTaym.az
Dəyirmi masada ilk çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, cəmiyyətin inkişafı ailənin sabitliyindən asılıdır. Onun sözlərinə görə, cəmiyyət həmişə ailənin məhkəm qurulmasına çalışır.
“Ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amillər var. Bu münasibətlərin koranması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün və vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələri ilə bağlı mükəmməl qanunvericilik var. Ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil. Çünki hər bi ailənin öz qanun və qaydaları var. Bəzən böyük ailələrin daxilində kiçik ailələr olur ki, onlar bir-birindən asılı vəziyyətdə qalırlar. Bəzən də böyüklər övladlarını ayrımaq istəmir, özlərindən asılı salmağa çalışırlar ki, bunların da nəticəsində ailələrdə problemlər yaranır”.
Son zamanlar boşanma, erkən nikah, intihar hallarının çoxaldığını deyən komitə sədri qeyd edib ki,başqa ölkələrdə bu rəqəmlər daha böyük ola bilər, lakin Azərbaycanda mövcud olan milli adət-ənənələrimiz belə halları göz yummağa imkan vermir.
“Bugünkü tədbirin məqsədi də məhz bizi narahat edən məsələlərin səbəb və həllini yollarını müəyyənləşdirməkdir”.