4 rayonun mərkəzi xəstəxanasında ciddi nöqsanlar AŞKARLANIB

Картинки по запросу 4 rayonun mərkəzi xəstəxanasında ciddi nöqsanlar aşkarlanıb

Hesablama Palatası 2016-cı ildə Sabirabad, Cəlilabad, Ucar və Goranboy Mərkəzi Rayon xəstəxanalarında 59 nöqsan aşkar edib.

Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd olunub.

Qurumdan bildirilib ki, adıçəkilən rayonların mərkəzi xəstəxanalarında əsaslı qoyuluşlar (tikinti) üzrə 4, dövlət satınalmaları ilə bağlı 11 və mühasibat uçotu və hesabatlılıqla bağlı 14 nöqsan aşkar edilib.

 Həmçinin büdcə gəlirlərinin hesablanılması, yığılması və ödənilməsi ilə bağlı Sabirabad rayon Mərkəzi Xəstəxanasında 1 nöqsan aşkar edilib.

 Hesabatda qeyd edilib ki, yalnız Goranboy rayon Mərkəzi Xəstəxanasında aparılmış audit nəticəsində 8,7 min manat məbləğində vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməsi halı ilə bağlı materiallar müvafiq prokurorluq ünvanına göndərilib.

AzerTaym.az

 






Fikirlər