Emil Hüseynliyə yeni vəzifə VERİLDİ

Emil Hüseynliyə yeni vəzifə verildi

Tanınmış jurnalisti Emil Hüseynli AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri təyin edilib.

Emil Hüseynli bu təyinata qədər Trend İnformasiya Agentliyinin Azərbaycan redaksiyasının rəhbəri və baş direktorunun müavini vəzifələrində çalışıb.  

O, bu günlərdə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, E.Hüseynli  Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakultəsinin beynəlxalq jurnalistika bölməsində oxuyarkən 90-cı illərin ortalarından Azərbaycan mətbuatında çalışıb.

EM-Pİ-EY, Olaylar, APA və Trend informasiya agentliklərində müxbir vəzifəsindən tutmuş baş direktorun müavini vəzifələrinə kimi işləyib. E.Hüseynli ictimiai fəal kimi də tanınır. O Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair “Sözün bitdiyi zaman”, “Vandalizm”, dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunan “25 ilin akkordları” sənədli filmlərinin müəllifidir. (Modern.az)






Fikirlər