Orxan Hüseynov bankın sədri TƏYİN EDİLDİ
Bu gün “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. AzerTaym.az-ın məlumatına görə, yığıncaqda Bankın İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Orxan Hüseynova həvalə olunub. Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.