Neftçilər Xəstəxanasında 38 nəfərə böyrək, 5 nəfərə QARACİYƏR KÖÇÜRÜLÜB
2017-ci il daxil olandan indiyədək 38 böyrək, 5 qaraciyər köçürülməsi baş tutub. Bu barədə Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib. O bildirib ki, qaraciyər köçürülən xəstənin ən yaşlısı 62 yaşlı kişi olub: “Qalanları orta yaşlı xəstələrdir”. M.Kazıminin sözlərinə görə, böyrək köçürülən xəstələrin sayı 38-dir: “Bu il ərzində böyrək köçürülən 3 nəfər azyaşlı, qalanları orta yaşlılar olub”. Şöbə müdiri xəstələr arasında ölüm halının qeydə alınmadığını bildirib. Qeyd edək ki, xəstəxanada böyrək köçürmə əməliyyatı 12 min, qaraciyər köçürməsi isə 45 min manatdır. Həkim deyib ki, qiymətlərdə heç bir dəyişiklik olmayıb. Xatırladaq ki, 2015-ci ilin anoloji dövründə Mərkəzi Neftçilər Xəstəxanasında 38 böyrək, 18 qaraciyər köçürülməsi həyata keçirilib. AzerTaym.az