AzTV SƏDRİNİN 5 MİLYONLUQ SÖVDƏLƏŞMƏSİ - Cinayət işinin MATERİALLARINDAN

arif-alisanov

Arif Alışanovun həyatına iki dəfə sui-qəsd cəhdi olub?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) sədri Arif Alışanov bu vəzifəyə təyin olunandan sonra oliqarxa çevrilib. Bu barədə yerli mətbuatda dəfələrlə yazılıb. Arif Alışanovun AzTv-ni şəxsi təsərrüfatı kimi idarə etməsi, dövlət televiziyası üçün büdcədən ayrılan vəsaitləri qaranlıq məqsədlərə xərcləməsi və başqa bu kimi faktlarla zəngin materiallar vaxtaşırı qəzet səhifəslərini, elektron medianı “bəzəyib”. Sən demə, Arif Alışanov sahib olduğu var-dövlətə görə hədəfə də gəlibmiş.

Onun həyatına iki dəfə “sui-qəsd” cəhdi olması faktı  24 saat.org-a daxil olan bir cinayət işinin materiallarında əksini tapıb. Cinayət işi Şücaət Əkbərov adlı şəxs barəsindədir. Arif Alışanovla bu şəxs 2007-ci ildən tanışdılar. Bu tanışlıq sonradan tərəflər arasında torpaq sövdələşmələrini şərtləndirib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, baş ədliyyə müşaviri Kamal Talıbovun icraatında olan 171900030 saylı cinayət işinin materiallarına əsasən Şücaət Əkbərov AzTV sədrinə əsasən Şamaxıda torpaq sahələri təklif edirmiş.

Təbii ki, havayı yox. Arif Alışanov da Şücaət Əkbərovun təklif etdiyi torpaq sahələrinin pulunu verərək əksəriyyətini öz adına olmaqla, sürücüsü və qardaşının adına rəsmiləşdirir.

Detallarını növbəti yazıda təqdim edəcəyimiz 4.6 milyon manatlıq sövdələşmə baş tutduqdan sonra AzTv sədri ailəvi dostu S. Əkbərovun onun qanunsuz əməllərinin hamısınından xəbərdar olduğunu və bir gün bu məlumatların əleyhinə işləyəcəyini düşündüyündən onu zərərsizləşdirməyə qərar verir. Əlimizdə olan iddianamədə yazılır ki, hazırda həbsdə olan S. Əkbərov Alışanovu aldadaraq əldə etdiyi pulları tam mənimsəmək üçün onu aradan götürmək qərarına gəlib. Amma Şücayət Əkbərovun suç ortaqlarından biri polisə bu barədə məlumat verib (o şəxsin özü də hazırda həbsdədir).

Şücaət Əkbərova qarşı irəli sürülən ittihamla nə özü, nə də ailə üzvləri razıdır. Onlar bu işin birbaşa Alışanovun özü tərəfindən düzülüb-qoşulduğuna əmindirlər.Bu ittihamların əsassız olub-olmadığını araşdırmaq məhkəməin işi olduğundan ədalətin AzTv sədrinin deyil, haqlının tərəfində olacağına ümidimizin olduğunu bildirərək, keçid edirik Alışanovun mənbəyi məlum olmayan milyonlar xərcləyərək aldığı torpaq sahələrinə.

Bizim üçün maraqlı olan Arif Alışanovun Şücayət Əkbərovun təklif etdiyi torpaqlara verdiyi iri məbləğlərin mənbəyidir. Cinayət işinin materiallarına əsasən Arif Alışanov Şücaət Əkbərova üst-üstdə 5 milyon manata yaxın pul verib. Bəlkə Arif Alışanov da Tağı Əhmədov kimi bu məbləği uzun illər maaşını yığaraq düzəldib? İctimaiyyət Tağı Əhmədova inanmadığı kimi Arif Alışanova da inanmayacaq. Ona görə də yaxşı olar ki, AzTv sədri daha inandırıcı hekayə haqqında düşünsün. Biz isə oxucuları intizarda qoymayaraq faktların xronologiyasını təqdim edək.

samaxi_rayonu-web

2013-cü ildə Şücayət Əkbərov Arif Alışanova Şamaxının Qəleyibuğurd kəndində 6 hektar torpaq sahəsi təklif edib. Torpaq sahəsinin 1 hektarı 30 min manata razılaşdırılıb. Arif Alışanov torpaq sahəsini almaq üçün Şücayət Əkbərova 180 min manat pul verib.

2014-cü ildə isə adıçəkilən şəxs tərəfindən Arif Alışanova Şamaxının Nağaraxana kəndinin mərkəzində yerləşən yüksəklikdən 3.48 hektar torpaq sahəsi təklif edilib. Torpaq sahəsinin 1 hektarının 50 min manat olması Arif Alışanovu qorxutmayıb. Varlığa nə darlıq, AzTv sədri həmin torpaq sahəsinin almaq üçün Şücayət Əkbərova 174 min manat pul verib. (Əmlak 05.04.2014-cü ildə Dövlət Reyester Xidmətində RX0347470 nömrəsi altında qeydiyyata alınıb.)

Az sonra Şücayət Əkbərov Arif Alışanova Nağaraxana kəndindən Pirquli kəndinə gedən yolun solunda 50 hektar torpaq sahəsi təklif edib. O, AzTv sədrinin inandırıb ki, həmin ərazi turizm təyinatlı olduğu üçün 1 hektarı 30 min manatdır. Arif Alışanov razılaşıb. AzTv sədri torpaq sahəsinin pulunu bir neçə dəfəyə verib: Birinci dəfə 700 min manat, daha sonra 220 min manat, növbəti görüşdə 280 min manat və nəhayət 300 min manat.

Arif Alışanov sanki nı bütövlükdə almaq arzusunda olub. Çünki Şücayət Əkbərovla torpaq sövdələşməsi bundan sonra da davam edib. O, növbəti dəfə AzTv sədrinə Nağaraxana kəndində 12.54 hektar torpaq sahəsi təklif edib. Bu dəfə də torpaq sahəsinin 1 hektarının qiyməti 50 min manat olub və Arif Alışanovdan 627 min manat ödəyərək bu sahəni də alıb. Bu da son deyil.
Şücayət Əkbərov daha sonra Arif Alışanova Şamaxının Mədrəsə və Qəleyibuğurd kəndlərində hər biri 80 hektar olan torpaq sahələri təklif edib. AzTv sədri həmin torpaq sahələrinin 1 hektarı üçün 5000 min manat, ümumilikdə 800 min manat ödəməli olub…(azadlıq.info)  






Fikirlər