Baş redaktorun məhkəməsi BAŞLAYIB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Ata yolu” qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 28-də davam etdiriləcək. S. Nəsirova Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sürücü kimi işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilir. Onun işində 29 nəfər zərərçəkmiş var. S. Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.