“Azərenerji”yə dövlət DƏSTƏYİ davam edəcək – “FİTCH”
“Fitch” beynəxalq reytinq agentliyi “Azərenerji” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini isə “B” səviyyəsində təsdiq edib. “APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz stabildir. Məlumatda bildirilir ki, “Azərenerji” dövlət şirkətidir və onun borclarının böyük hissəsinə dövlət tərəfindən zəmanət verilib. “Görürük ki, dövlət “Azərnerji”yə bütün əməliyyatlar üzrə güclü dəstək verməkdə davam edir. Çünki son bir neçə il ərzində dövlət tərəfindən şirkətə investisiya proqramı çərçivəsində kapital inyeksiyası baş tutub. 2015-ci ilin sonunda imzalan sərəncama əsasən, dövlət 2016-2025-ci illər ərzində şirkətə öz xarici öhdəliklərini yerinə yetirməyə yardım məqsədilə kapital ayırmaqda davam edəcək,” – deyə məlumatda qeyd olunub. AzerTaym.az