AZƏRBAYCANDA QEYRİ- ADİ HADİSƏ: Baş REDAKTOR ÖZÜNƏ QƏBİR QAZDI...

Bir neçə gün əvvəl cəzasını başa vurub azadlığa çıxan baş redaktor qeyri-adi addım atıb.

Teleqraf.com criminal.az-a istinadla xəbər verir ki, Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov qəbiristanlığa gedərək özünə qəbir qazıb.
O bu addımını həbsdən çıxandan sonra hədələnməsi, hətta ölümlə təhdid olunması ilə izah edib: ''Dedilər əgər susmasan get öz qəbrini qaz. Mən də qəbrimi qazdım''.

Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır. 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım azadlıqdan məhrum edib. 2017-ci ilin noyabrında isə Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Əziz Əzizov diffamasiya iddiası qaldıraraq jurnalisti ona qarşı böhtan yaymaqda ittiham edib.






Fikirlər