İŞ YERİNDƏ STRESSLƏ mübarizə aparmağın YOLLARI
Bəzi iş yerlərində stress adi qarşılansa da, həddindən artıq stressə məruz qalmaq məhsuldarlığınıza mane ola, fiziki və emosional sağlamlığınıza zərər verə və insanlarla münasibətinizə mənfi təsir göstərə bilər. Hətta stress işinizdə uğurlu olub olmamağınızı belə müəyyənləşdirə bilər. İş yerində stressin səbəbləri: İşdən çıxarılma qorxusu Narahat və ya əsəbi olmaq, əhval ruhiyyənizin korlandığını hiss etmək 1. Kiminləsə ünsiyyət quraraq iş yerində yaranmış stressin öhdəsindən gəlin. Bəzən stressi azaltmağın ən yaxşı üsulu sizi stressə salan səbəbləri yaxın hesab etdiyiniz insanlarla bölüşməyinizdir. Səbəblər haqqında danışmaq və yaxın hesab etdiyiniz insanın dəstəyini almaq və onun məsləhətinə qulaq asmaq sizi sıxıntılarınızdan xilas edəcək və özünüzü daha yaxşı hiss etməyinizə səbə olacaq. Hətta həmin şəxsin sizin problemlərinizi "həll etməsinə" ehtiyac yoxdur, sadəcə yaxşı dinləyici olması kifayətdir. 2. Səhhətinizi idman və düzgün qidalanma ilə qoruyun. Bütün diqqətinizi və vaxtınızı işinizə sərf etdiyiniz zaman səhhətinizin qayğısına qalmağı unuda bilərsiniz. Lakin, səhhətinizi düzgün qidalanma və idmanla məşğul olaraq qoruduğunuz zaman stressə qarşı daha güclü və dayanıqlı olarsınız. Sağlamlığınıza diqqət etməyiniz bütün həyat tərzini dəyişdirməyinizə də səbəb olmaz. Həyatınızda edəcəyiniz ən kiçik müsbət dəyişikliklər belə psixoloji vəziyyətinizin dəyişməsinə, enerjinizin artmasına səbəb olacaq. 3. Yuxu rejiminə diqqət yetirin. İşlərinizin çoxluğu səbəbilə lazımi qədər yatmaya bilərsiniz. Lakin, yuxu rejiminizin pozulması işdəki məhsuldarlığınıza, yaradıcılığınıza, problemləri həll etmə bacarığınıza və diqqətinizi cəmləmə qabiliyyətinizə mənfi təsir göstərə bilər. Yaxşı dincəlmək işdəki məsuliyyətlərinizi daha yaxşı yerinə yetirməyinizə və stresslə mübarizə aparmağınıza səbəb olacaq. Həftə sonları da daxil olmaqla hər axşam eyni saatda yatıb hər səhər eyni saatda oyanmağa çalışın. Əsasən 8 saatlıq yuxu rejiminə əməl etməyiniz tövsiyyə olunur. 4. İşlərinizi vacibliyinə görə sıra ilə həll etməyə çalışın. İş yerində yaranan stressi azaltmağın ən yaxşı üsullarından biri də vaxtınızı düzgün tənzimləməyninizdir. Bunun üçün bəzi tövsiyyələri sizinlə bölüşürük: Gündəlik planınızı qurun. Sadəcə işdən ibarət olan və əyləncə və istirahətə vaxt ayırmadığınız bir gündəlik proqram sizə psixoloji cəhətdən mənfi təsir göstərə bilər. İş və ailə həyatı, sosial fəaliyyətlər və əyləncə, gündəlik məsuliyyətlər və istirahət arasında tarazlıq yaratmağa çalışın. Səhər evdən erkən çıxın. İşə gecikməmək üçün tələsərək iş yerinə getmək əvəzinə evdən 15 dəqiqə tez çıxaraq rahat bir şəkildə işə çatmağınız belə sizə müsbət təsir göstərəcəkdir. Mübarizə aparmağa çalışdığınız stressə "işə gecikəcəyəm" stressini də əlavə etməyin. Müntəzəm fasilələr verin. Gəzintiyə çıxmaq və ya dostlarınızla söhbət etmək üçün fasilə etməyi unutmayın. Bununla yanaşı nahar fasiləsi üçün iş mühitindən uzaqlaşmağınız daha effektiv olacaqdır. Lazım olandan çox məsuliyyəti üzərinizə götürməyin. Bütün işləri eyni gündə bitirməyə çalışmayın. Etməli olduğunuz işlər çoxdursa, "edilməli olanlar" və "edilməsi zəruri olanlar" arasındakı fərqi düzgün müəyyənləşdirin. (banco.az)
Kadr azlığı səbəbilə iş vaxtından artıq işləmək
Gözləntiləri qarşılama tələbi
Hər zaman ən yüksək məhsuldarlıqla işləmə tələbi
İcra etdiyiniz iş üzərində lazımi nəzərətinizin olmaması
İş yerində həddindən artıq stress yaşadığınızı göstərən əlamətlər
İşə olan meylin azalması
Yuxu problemləri yaşamaq
Yorğunluq
Fikrini cəmləyə bilməmək
Əzələ yorğunluğu və baş ağrısı
Mədə ağrıları
İnsanlarla ünsiyyət qurmaqda çətinliklər
Zəzərli vərdişlərə aludəçilik
İşdən gözləntiləriniz nə olursa olsun, özünüzü stressin zərərli təsirlərindən müdafiə edə biləcəyiniz, daha məhsuldar çalışa biləcəyiniz, səhhətinizi qoruya biləcəyiniz bəzi üsullar vardır. İndi isə gəlin, iş yerində yaşadığınız stressə qalib gəlməyiniz üçün bəzi tövsiyyələrlə tanış olaq:
Yatma vaxtından ən az 1 saat əvvəl bütün cihazların ekranını söndürün. TV, planşet, ağıllı telefon və kompüterlərdən yayılan işıq süası orqanizminizdə melatonin hormonunun ifraz olunmasını ləngidir və yuxusuzluğa səbəb olur.
Yatmazdan əvvəl təcili işlərinizi həll etməkdən qaçının. Bunun əvəzinə zəif işıqlı otaqda kitab oxuya və ya musiqiyə qulaq asa bilərsiniz.