Stresslə MÜBARİZƏ aparmağın yolu göstərildi...

image here

Stress ürək və zehni narahatlığa, yüksək təzyiqə, artıq kiloya və hamısından əhəmiyyətlisi həyatının qısalmasına səbəb olan ən mühüm amildir. 
"Stressi məğlub etmək üçün ən yaxşı yol nədir?" sualını siz də özünüzə verirsinizsə, cavab çox sadədir. 
Çox qısa müddət üçün də olsa, gündəlik həyatın qarışıqlığından bir anlığa uzaqlaşmaq lazımdır. Həftə boyu çox intensiv işləyirsinizsə, o zaman həftəsonu şəhər kənarına gedin, əylənin, istirahət edin.
Axşam.az xarici mətbuata istinadən stresslə mübarizədə kömək olacaq iki məsləhəti təqdim edir:
Şərab, xüsusilə də qırmızı şərab içmək (gündə 1 qədəh qadınlar üçün, gündə 2 qədəh kişilər üçün) ürək narahatlıqlarına yaxşı təsir edir və həyatı uzadır. Şərab qan damarlarına zərər verə biləcək maddələrə mane olan güclü bir antioksidantdır. Onun ən güclü maddəsi resviratroldur. Bəzi araşdırmalar şərab resveratrolun şişlərin böyüməsinə maneə olduğunu ortaya qoyur. Elm adamları resveratrolu paketləyib "həyat uzadıcı” olaraq satmağın yollarını arayırlar.
Sekslə məşğul olmaq həyatı uzadır. Bu məşğuliyyət münasibətləri yaxınlaşdırmağın və həyatı uzatmağın bir yoludur. Cinsi münasibətlər orqanizmin müxtəlif hormonlar və endorfin ifraz etməsini təmin etməklə yanaşı insanın mənfi davranışlarını da tənzimləyir.
AzerTaym.az






Fikirlər