Depressiyaya girən İNSAN NƏ ETMƏLİDİR?
Bu məqaləmizdə depressiyaya düşmüş insanın normal həyatına daha tez qayıda bilməsi və depressiyadan çıxması üçün məsləhətləri qeyd etdik. Əsla özünüzü günahlandırmayın. Depressiya bir seçim deyil, başımıza gələn gözlənilməz haldır. Vacib olan isə dəstək almağa istəkli olmağımızdır. Müalicənizə uyğunlaşın. Dərmanla müalicə alırsınızsa, dərmanlarınızı davamlı şəkildə istifadə edin. Psixoterapiya ilə müalicə olunursunuzsa, seanslarınızda davamlılıq göstərin. Psixoloqunuza güvənin. Özünüzə vaxt verin. Əvvəlki kimi olmağınız bir az vaxt alacaq. Bu müddətdə həvəsdən düşməyin. Vacib qərarlar qəbul etməməyə çalışın. Həyatınız üçün vacib olan bir mövzuda qərar verməyin, müalicənizin bitməsini gözləyin. Bu müddətdə sağlam qərar verməyib, daha sonra peşman ola bilərsiniz. Həyatınızı bəsitləşdirin. Öhdəsindən gələ bilməyəcəyiniz hədəflərə istiqamətlənmək yerinə, asan həll edə biləcəyiniz şeylər edin. Böyük məsuliyyətləri üzərinizə götürməyin. Sizi xoşbəxt edən tədbirlərə qoşulun. Həyatın içində olmaq özünüzü yaxşı hiss etdirən işlər görməklə mümkündür. Atdığınız kiçik addımlara əhəmiyyət verin. Müalicə müddətində göstərdiyiniz kiçik irəliləyişlər sizə güc verəcək, bunları görməyə çalışın. İdman edin. İdmanla məşğul olmaq endorfin hormonunun artmasına kömək edərək sizə özünüzü yaxşı hiss etdirəcək. Yaxşı qidalanın. Həm beynin, həm də bədənin yaxşı işləməsi üçün sağlam qidalanmaq vacibdir. Yuxu rejiminizə diqqət edin. Yuxu insanı yeniləyir, streslə mübarizə apara bilmək üçün güc verir. Sosial həyatınıza vaxt ayırın. Tək qalmaqdansa, sevdiklərinizlə, qohum, qonşu və dostlarınızla birlikdə vaxt keçirin.