İCRA başçısından Həsənağa Sadıqova görə göstəriş: “KÜÇƏLƏR TƏMİZLƏNSİN”

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat etməsi ilə bağlı aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Məsələ ilə bağlı AzerTaym.az-a açıqlama verən Salyan Rayon Mədəniyyət Mərkəzinin direktoru Lətif Zərbəliyev Həsənağa Sadıqovun ölmədiyini bildirib:
"Həsənağa müəllim ölməyib. O, can üstdə olsa da keçinməyib. Ailə üzvləri və qohumları hazırda onun evindədir.Bu xəbər yayılandan sonra rayon rəhbərliyi ilə Həsənağa müəllimin evinə yollandıq. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Polis idarəsinin rəisi və rayon rəhbərliyi onlarda oldu. Başçı Həsənağa müəllimin ailəsinə nə kömək lazım olsa edəcəyini bildirdi. Hətta göstəriş verdi ki, sənətkarın evinin qarşısını və ətrafını təmizləsinlər".






Fikirlər