Azərbaycanın nadir istedadı ACINACAQLI VƏZİYYƏTDƏ - FOTO/VİDEO
“Dünyada elə insanlar var ki, onların istedadı nadir olur. Hər tərəfli istedadlar tək-tək dünyaya gəlir. Musiqi alətlərinin mahir ifaçısı kimi tanınan, Azərbaycan Respublikasının Əməkdar artisti və Əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov o təklərdəndir ki, tək bir alətlə kifayətlənməyərək istedadla zəhməti birləşdirib əsl musiqi bəxş elədi”. Publika.az xəbər verir ki, bu sözləri Həyat fondunun təsisçisi Hacı Nuran xərçəngdən və qaraciyər serozundan əziyyət çəkən 67 yaşlı musiqiçi Həsənağa Sadıqov haqqında deyib: “Belə sənətkarlar Avropada olsaydı, indi onları qeyri-adi istedad sahibi kimi dünyaya tanıdardılar. Axı həm nəfəs, həm simli, həm də zərb alətlərində eyni səviyyədə ifa etmək bacarığı olan belə sənətkarlar çox azdır. Bəlkə də hələ yoxdur... Onlara sağlığında dəyər verək və hamımız deyək ki, Həsənağa müəllim, siz əbəs yerə yaradıb yaşamamısız... Sizin ifanızı bu günə kimi hər kəs sevib və bundan sonra sevəcək ... Siz ən ali sevgiyə layiq bir musiqiçisiniz... Siz Azərbaycan xalqına çox lazımsınız. Sizə çox böyük ehtiyacimiz var. Çox yaşayın...” “Həyat Fond”unun yaradıcısı Hacı Nuran daha sonra əlavə edib ki, hazırda Həsənağa müəllimin vəziyyəti ürəkaçan deyil: “Onu belə vəziyyətdə görmək istəməzdim, çox pis oldum. Vəziyyəti heç də yaxşı deyil, pisləşməyə doğru gedir... İmkanınız varsa, siz də ona dəstək olun”. Yardım etmək istəyənlər Elşən (Həsənağa müəllimin oğlu) ilə + 994 55 877 94 16 bu nömrədən əlaqə saxlaya bilər.