SƏFƏR Mehdiyevin kadrı PREZİDENTİN SİYASƏTİNƏ QARŞI... - Bakı şəhər Baş Gömrük İdarəsində sahibkarların malları hara yoxa çıxır?

Bakı şəhər Baş Gömrük İdarəsində sahibkarların malları oğurlanır. Belə bir iddia ilə ölkərə mal gətirən sahibkarlar çıxış edirlər.

Bakı şəhər Baş Gömrük İdarəsinin tabeçiliyinə daxil olan müəssisələrdə gömrük məmurlarının sahibkarlarla kobud davranmaları azmış kimi, yüklərin günlərlə terminallarda saxlanılması, hətta malların itməsi kimi hadisələr baş verir. Hazırda Bakı şəhər Baş Gömrük İdarəsində dözülməz vəziyyət hökm sürür. Bu iddia ilə adının çəkilməsinin istəməyən bir neçə sahibkar redaksiyamıza müraciət edib. Onları əss narahat edən məsələrdən biri də, mallarının gömrük terminallarında həddən artıq saxlanılmasıdır. Bir-birilərini tanımayan həmin sahibkarlar iddia edirlər ki, saxlanma yerlərində onların mallarının bir hissəsi yoxa çıxır. Bununla bağlı etiraz edənlər isə təhdidlə üzləşirlər.

Əməkdaşımızın açıqlama aldığı həmin sahibkarlar iddia edirlər ki, onlara məxsus yükləri təhvil alıb saydıqdan sonra məlum olur ki, malların sayında əksiklik var. Bu barədə Bakı şəhər Gömrük İdarəsinin müvafiq sturkturlarına şikayət etdikdə, çox saymazyana şəkildə malların axtarılacağını bildirirlər. Nəticə isə sıfır. Bununla bağlı etiraz edənlər isə təhdidlə üzləşirlər.

"AzerTaym.az" bildirir ki,PİA.az-a şikayətlə müraciət edən sahibkarlardan biri bildirib ki, gömrükdə onların malları guya laboratoriyalardan gec cavab gəldiyi üçün malları gömrük terminallarında müddətindən artıq saxlayırlar və hər gün üçün də Bakı gömrüyünə əlavə vəsait ödənilir. Əslində isə məsələni araşdırdıqda bəlli olur ki, laboratoriya analizlərinin cavabı çoxdan gəlmiş olsa da, gömrük məmurları ya qəsdən, ya da məsuliyyətsizlikdən bu barədə sahibkara gec məlumat verirlər. Nəticədə də sahibkar qurama əlavə vəsait ödəməli olurlar.

Lakin məsələ də bununla da bitmir. Sahibkar bildirib ki, sonuncu dəfə mallarını təhvil alarkən 6 qutunun çatmadığını görüb. Bununla bağlı şikayətini dilə gətirdikdə isə ona eyham vurublar ki, əgər şikayətçi olsa, gələcəkdə o, ölkəyə mal gətirə bilməyəcək.

Anoloji şikayətlə saytımıza müraciət edən başqa bir sahibkar isə qeyd edib ki, onları ən çox narahat edən gömrükdə mallarının həddindən artıq saxlanılmasıdır. Çindən gələn mallarının bir hissəsinin yoxa çıxdığını qeyd edən sahibkar əvvəllər Bakı gömrüyündə belə hala rast gəlmədiyini və məhz Kənan Məmmədovun Bakı şəhər Baş Gömrük İdarəsinə təyinat almnasından sonra belə halların yaşandığını vurğulayıb.

Qeyd edək ki, Bakı şəhər Baş Gömrük İdarəsində yaşananlarla bağlı geniş yazımızı yaxın günlərdə oxucularımızın diqqətinə çatdıracağıq. Hələlik isə baş verənlərlə bağlı və bundan əvvəl Dövlət Gömrük Komitəsinin fəaliyyətindəki qanun pozuntuları və nöqsanlarla bağlı dərc elədiyimiz yazılarla bağlı qurumun Mətbuat Xidmətinin mövqe sərgiləməsini gözləyirik. Bütün hallarda Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin mövqeyini də işıqlandırmağa hazırıq.

P.S. Dövlət başçısı neft gəlirlərdən asılılığını aradan qaldırılması üçün ölkə iqtisadiyyatının şaxələndirilməsindən ötrü genişmiqyaslı islahatlar həyata keçirərkən, məmurlar qarşısında sahibkarlığın inkişafına dəstək göstərilməsi tələbini qoyarkən Bakı Gömrük İdarəsində sahibkarlara qarşı bu cür münasibət təəssüf doğurur.






Fikirlər