"Azərenerji"nin vitse-prezidenti VƏFAT EDİB
“Azərnerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov vəfat edib. Bu barədə “Report”a mərhumun yaxınları məlumat verib. Xatırladaq ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından "Azərenerji"də 2-ci şəxs idi. Son vaxtlar M.Ələsgərovun səhhətində ciddi problemlə var idi. Onun ayaqları tutulmuşdu, yerimə qabiliyyətini itirmişdi və ev şəraitində müalicə alırdı.