Deputat ali məktəbə daxil olan 200 tələbəyə pul mükafatı verdi - FOTOLAR

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin təşəbbüsü və yerli İcra hakimiyyətlərinin təşkilatçılığı ilə cari ilin sentyabrın 4-5-də Goranboy, Ağdam və Tərtər rayonlarında 500-dən yuxarı balla ali məktəblərə daxil olan tələbələrin mükafatlandırma mərasimləri təşkil olunub.

Deputat ofisindən Modern.az-a daxil olan məlumata görə, mükafatlandırma mərasimlərində müvafiq rayonların İcra hakimiyyətlərinin başçıları, ictimaiyyətin nümayəndələri, müəllimlər, tələbələr, valideynlər iştirak edib və səslənən çıxışlarda ulu öndərimiz Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının  ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin uğurla inkişaf etdiyi və son 16 il ərzində adı çəkilən rayonlar da daxil olmaqla  ölkəmizdə 3200-dən çox məktəb tikildiyini və ya əsaslı təmir olunduğu xüsusilə  vurğulamış və təhsilə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilib.

Mərasimlərdə millət vəkili A.Vəliyev, Goranboy rayon İcra hakimiyyətin başçısı M.Quliyev, Ağdam  rayon İcra hakimiyyətin başçısı V.Həsənov, Tərtər rayon İcra hakimiyyətin başçısı M.Məmmədov və başqaları tərəfindən yüksək balla ali məktəblərə qəbul olunan tələbələr təbrik olunub və onlara xatirə hədiyyələri təqdim edilib.

Milli Məclisin deputatı Ağalar Vəliyev tərəfindən mərasimlərdə Goranboy, Ağdam və Tərtər rayonları üzrə bu il ali məktəblərə daxil olarkən 600-dən yuxarı bal toplayan 37 tələbəyə 500 manat, 500-dən yuxarı bal toplayan 163 tələbəyə 200 manat məbləgində, bütövlükdə isə 200 tələbəyə pul mükafatı verilib. Bununla da, son dörd il ərzində mükafatlandırılan 700 bal toplayanların sayı 2 nəfərə, 600-dən yuxarı bal toplayanların sayı 229 nəfərə, 500-dən yuxarı bal toplayanların sayı isə 577 nəfərə çatıb.

Tədbirlərdə həmçinin qeyd olunub ki, son dörd tədris ilinin yekünları üzrə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan məktəblərinin I-XI siniflərinin 1 566 əlaçı şagirdinin hər birinə millət vəkili tərəfindən 100 manat məbləgində fərqlənmə təqaüdü verilib.






Fikirlər