Oqtay Əsədovla bağlı xəbər təkzib olundu: belə qardaşı oğlu YOXDUR

Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.

 "AzerTaym.az" xəbər verir ki, bu barədə  Milli Məclisin Mətbuat xidmətindən bildiriblər.

 Qeyd edilib ki, “həmin yazılarda bildirilir ki, guya parlament sədrinin “qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.

Parlamentin Mətbuat xidməti qəti şəkildə bildirir ki, Milli Məclisin sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var.

 “Milli Məclis sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur”,-Mətbuat xidməti bəyan edib.

 






Fikirlər