Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da İNSİDENT
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahovla Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərli arasında gərginlik yaşanıb. "AzerTaym.az" Oxu.az-a istinadən xəbər verir ki, F.Cəfərli çıxış edəndən sonra M.Pənahov onun fikirlərinə münasibət bildirib. Bu zaman F.Cəfərli M.Pənahovun sözünü kəsib. MSK sədri isə F.Cəfərlinin iclas zalından çıxarılması barədə göstəriş verib.