Milli Məclisin Aparatı BURAXILDI

Azərbaycan parlamentinin Aparatı buraxılıb”.

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu Report-a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

 O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər.

 Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

 Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub.

 Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb.

 Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.






Fikirlər