Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi

Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Ali Məhkəmə sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam verib. 

AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncama əsasən dövlət başçısı Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıb:

1. Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.

2. Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin.

3. Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.

4. Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.

5. Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.

 Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.






Fikirlər