Azərbaycandan Putin və Lavrova MƏKTUB

Azərbaycandan Putin və Lavrova məktub

Azərbaycanın Rus icması adından dəfələrlə Ermənistan vəhşiliyinə qarşı etiraz notası verilib. Bununla bağlı mediada da geniş paylaşımlar olub. Mixail Zabelin tərəfindən həm Rusiya prezidenti Vladimir Putinə, həm də xarici işlər naziri Sergey Lavrova erməni vəhşiliklərini pisləyən məktub göndərilib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında  Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin köməkçisi Firdovsi Cahangirov bildirib.

O qeyd edib ki, Azərbaycanın haqq işi uğrunda döyüşlərdə rus milliyətindən olan gənclər də iştirak edirlər:

“II Qarabağ müharibəsində şəhid olanlar arasında milliyyətcə 2 rus gənc də  var. Bu, bir daha sübut edir ki, hər birimiz Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik”.

Mixael Zabelinin köməkçisi Rus icmasının Azərbaycan Ordusuna yardım kampaniyasından da söz açıb:

“Rus icmasının sədrinin dəstəyi ilə Azərbaycanda yaşayan ruslar Azərbaycan Ordusu üçün “əsgər payı” hazırlayb. Həmin yardım sabah Biləcəri toplanış məntəqəsində Ordumuza təhvil veriləcək. Bu şənbə günü isə Rus icması  tərəfindən “Qarabağ Azərbaycandır!” şüarı altında yürüş təşkil ediləcək. Yürüş səhər saat 10-da  polisin müşayiəti ilə Azərbaycan, Türkiyə və Rusiya bayraqları altında Milli Məclisin önündən start götürəcək”.






Fikirlər