KARANTİN rejimi UZADILDI - Rəsmi - AÇIQLAMA
Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib. "AzerTaym.az" bildirir ki, Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb. Qərarda deyilir: “Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”. Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək: 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək; 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək; 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək; 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək; 1 may saat 00:00-dan 3 may saat 06:00-dək; 8 may saat 00:00-dan 10 may saat 06:00-dək; 15 may saat 00:00-dan 17 may saat 06:00-dək; 22 may saat 00:00-dan 24 may saat 06:00-dək; 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.