“Bu günki gün doğrudan da bizim yaddaşlarımızda faciəvi, kədərli izlər buraxıb. Artıq iki il ötməsinə baxmayaraq yenə də bizim qəlbimizin yarası əvvəlki tək sızıldayır. Biz doğrudan da nə qədər böyük bir insanı, ailə başçısını və Azərbaycan üçün gərəkli olan bir zabiti, yüksək ixtisaslı pilotu itirdiyimizin mahiyyətinə varırıq”
"AzerTaym.az" bildirir ki,bunu moderator.az-a açıqlamasında şəhid pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşı Könül xanım deyib. Şəhid zabitin həyat yoldaşı Rəşadın anım günündə tədbir təşkil edildiyini bildirib:
“Bu günki gün doğrudan da bizim yaddaşlarımızda faciəvi, kədərli izlər buraxıb. Artıq iki il ötməsinə baxmayaraq yenə də bizim qəlbimizin yarası əvvəlki tək sızıldayır. Biz doğrudan da nə qədər böyük bir insanı, ailə başçısını və Azərbaycan üçün gərəkli olan bir zabiti, yüksək ixtisaslı pilotu itirdiyimizin mahiyyətinə varırıq. Mənim qədər Rəşadın ailə üzvləri üçün də çox böyük ağır bir itkidir. Dünən Rəşadın anım günü Təlim Tədris Mərkəzinin Hərb Tarixi Muzeyində qeyd olundu. Onun döyüş yoldaşları Rəşad haqqında fikirlərini bölüşdülər, onun nə qədər mərd, cəsarətli, peşəkar bir pilot olduğunu, aprel döyüşlərindəki və digər əməliyyatlardakı şücaətindən söhbət açdılar. Paratdakı nümunəvi çıxışlarını vurğuladılar. Rəşadın xatirəsini əks etdirən film nümayiş olundu. Hərbi muzeyin direktoru Əzizağa müəllim çox yüksək peşəkarlıqla tədbiri təşkil etmişdi.
Bu gün də biz ailə üzvləri Fəxri Xiyabanda həyat yoldaşımın məzarını ziyarət etdik. Mənə belə gəlir ki, bu insan üçün ən ağır itkidir. Çoxları deyir övlad itkisi böyükdür. Amma mənim üçün çox böyük itki oldu, çünki bununla tək həyat yoldaşımı yox, dostumu, övladlarımın atasını itirmiş oldum. Kiçik oğlum hələ də atasının sağ olduğunu bilir, çünki ölümün nə olduğunu bilməyən uşağa bunu söyləyə bilmərik. Hətta məzarını ziyarət edəndə belə bunun atasının abidəsi olduğunu və hazırda döyüşlərdə vuruşduğunu düşünür. Bunun məzar daşını olduğunu anlamır. Biz böyüyüb bu məqamları anlamasını gözləyirik. Çünki onun psixologiyasına buna indi yerləşdirmək istəmirik. Hələ də o sevinci onda olsun, çünki onlar atalarına çox bağlı uşaqlardı. Böyük oğlum da daxili sarsıntılar keçirir, bunu hiss edirəm. Amma mən və valideynlərim birlikdə bu çətinliyi aradan qaldırmağa çalışırıq. Düzdü, buna tam nail ola bilmərik, çünki Rəşad kimi bir ata hər anını uşaqlarına həsr etməyə hazır idi”.
Qeyd edək ki, bu gün polkovnik-leytenant, pilot Rəşad Atakişiyevin şəhid olmasından iki il ötür.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!