"Prezident Bayden hakimiyyətdə olduğu dönəmdə hər hansı başqa prezidentdən daha çox vergi bəyannamələri dərc edib..."
"2022-ci ildə ABŞ prezidenti Co Bayden 400 min, həyat yoldaşı Cill Bayden isə 82 min dollar qazanıb, cütlük 137 mindən çox gəlir vergisi ödəyib..."
Bayden cütlüyü ötən ilin yekunlarına görə 579 514 dollar qazanıb.
Moderator.az xəbər verir ki, bu barədə Ağ evin saytında ABŞ prezidenti və birinci xanımının gəlirləri barədə açıqlanan bəyannamələrdə deyilir.
Bu zaman Co Bayden 2022-ci ildə ABŞ prezidenti vəzifələrini icra etməklə 400 min dollar qazanıb.
Cill Bayden 82 335 dollar qazanıb, bu vəsaitləri birinci xanım Şimali Virciniya İctimai Kollecində ingilis dili dərsinin tədrisinə görə əldə edib.
Ailə yerdə qalan gəlirini investisiya faizləri, təqaüd hesabları və sosial sığortadan əldə edib.
Həmçinin prezidentin müəllif qonorarlarını toplayan korporasiyadan gəlir əldə edilib.
Müqayisə üçün 2021-ci ildə Baydenlər 2022-ci ilə nisbətən daha çox, 610, 7 min dollar qazanıb.
Bəyannamələrə görə, Cozef və Cill Baydenlər 137 658 dollar federal gəlir vergisi ödəyib.
"Bu dəfə prezident Bayden Amerika ictimaiyyəti ilə 25 illik vergi bəyannamələrini bölüşüb.
Amerika xalqı ilə maliyyə məsələlərində özünün şəffaf olmaq niyyətini nümayiş etdirərək, prezident Bayden hakimiyyətdə olarkən hər hansı başqa prezidentdən daha çox vergi bəyannamələri dərc edib", - Ağ evin mətbuat xidməti qeyd edib.