Zelenski G7 sammitində şəxsən iştirak ...

Zelenski G7 sammitində şəxsən iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hiroşima şəhərində keçiriləcək G7 sammitində şəxsən iştirak edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Bloomberg""Reuters" agentlikləri mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Zelenskinin sammitə onlayn qoşulacağı bildirilib.

Qeyd edək ki, G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, Kanada) sammiti bu gün, mayın 19-da başlayıb və üç gün davam edəcək. Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam da tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu il G7-yə sədrlik edən Yaponiya Ukrayna müharibəsinin müzakirəsinə üstünlük verib. Sammitdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyinin elan ediləcəyi planlaşdırılır. 






Fikirlər