General rütbəsini itirən Mövlam Şıxəliyev əmlaklarını geri qaytara biləckmi?

Bu gün general-mayor ali rütbəsi geri alınan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin əmlaklarını müsadirədən çıxarmaq cəhdi uğursuz ola bilər. 
 Mövlam Şıxəliyev birinci instansita məhkəməsi bitəndən sonra apellyasiya şikayəti verərək barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını istəmişdi. Bundan əlavə o, əmlaklarının müsdirədən azad olunmasını tələb edirdi. Mövlam Şıxəliyevin ailə üzvləri də əmlakların müsadirədən çıxarılması üçün məhkəməyə müraciət etmişdilər. 
Mövlam Şıxəliyevin general-mayor rütbəsinin alınması onunla bağlı hökmün tam şəkildə icra olunacağı qənaənitini möhkəmləndirir. 
Bu arada zərərçəkənlər də Mövlam Şıxəliyevdən dəymiş zərərin ödənilməsini tələb edir. Mümkündür ki, bu istiqamətdə də hansısa hərəkətlənmə olsun. 
Mövlam Şıxəliyev apellyasiya mərhələsi bitdikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti verib. O zaman iddia olunurdu ki, keçmiş rəis apellyasiya mərhələsindən sonra icra işini yubatmaq üçün dərhal kassasiya şikayəti verib. 
Bugünki sərəncamdan sonra o, böyük ehtimalla Ali Məhkəmədə də məqsədinə çata bilməyəcək. Qaynarinfo






Fikirlər