Qərbi Azərbaycan Respublikasını yaratmağın vaxtı çatıb

Separatçıların bu gün qondarma qurumun ləğvi ilə bağlı qərarı ləğv etməsi və "Artsax" kartını işə salması Samvel Şahramanyanın öz təşəbbüsü deyil.

Milli.Az xəbər verir ki, bu Paşinyan hökumətinin iradəsini əks etdirir. Onun icazəsi olmadan separatçılar bu qərara cəsarət edə bilməzlər. 

Belə görünür ki, Fransadan və digər ölkələr tərəfindən təlimat alan Paşinyan hökuməti yenə revanşist hislərə qapılıb və sülh haqda düşünmür. 

Onlar sadəcə Fransa və Hindistandan göndərilən silahların çatmasını gözlədikləri üçün sülh gündəliyini uzadır və zaman qazanırdılar. 

Bizim buna cavabımız aydın olmalıdır: Qərbi Azərbaycan Respublikası yaradılmalıdır. 

İllər əvvəl oradan deport edilən xalqın arzusu gerçəkləşdirilməlidir. Buna tarixi baxımdan da haqqımız çatır. Üstəlik güclü ordumuz da var. 

Deməli revanşistləri cavabsız qoymamalı, sonuna qədər məhv etməliyik.






Fikirlər