`Bütün şikayətlər araşdırılacaq` - Nazir müavini

 

 

"Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılmasına başlanılıb. İqtisadiyyat Nazirliyində də şura yaradılıb".

 

 AzerTaym.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. 

Nazir müavininin sözlərinə görə, hüquqi və fiziki şəxslər tərəfindən mərkəzi icra hakimiyyəti, yaxud yerli icra hakimiyyəti orqalarının verdiyi qərarlardan, onların hərəkətsizliyindən hər hansı şikayət daxil olarsa, şura tərəfindən məsələyə baxılaraq, qərar qəbul olunacaq.

S.Məmmədov əlavə edib ki, nazirliyin fəaliyyət sahəsinə dair hansısa sahibkarlıq subyekti tərəfindən şikayət daxil olarsa, bu məsələyə qanunvericik çərçivəsində baxılıb, qərar qəbul olunacaq: "Şuranın tərkibinə İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin nümayəndələri daxildir".

Şuraya ediləcək müraciətlərin hansı formada olacağına aydınlıq gətirən S. Məmmədov bildirib ki, müraciətlər həm elektron qaydada, həm də "195-2" çağrı mərkəzi vaxisəti ilə ediləcək: "Nazirlik bu çağrı mərkəzinə qoşulub. Mərkəzə daxil olan bütün müraciətlərə dərhal operativ reaksiya verilir".

Nazir müavini qeyd edib ki, sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı prezidentin tapşırığına uyğun olaraq operativ və əhəmiyyətli işlər görülürür: "İqtisadiyyat Nazirliyi tərəfindən məişət sertifikatlarının verilməsi həyata keçirilir. Bu prosesə sərf olunan vaxtın azaldılması məqsədi ilə müddət əhəmiyyətli şəkildə aşağı salındı. Bu da sahibkarlığın inkişafından mühüm addımlardan biridir".






Fikirlər