Fazil Məmmədov nazirliyin 27 işçisini cəzalandırdı
"AzerTaym.az" bildirir ki,"Report"un Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib.
Ümumilikdə, monitorinq nəticəsində müəyyən edilib ki, 2015-ci ilin II rübündə Nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, Nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib.
Xatırladaq ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsində ötən rüb daxili nəzarət qaydasında keçirilmiş tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının aparılmış monitorinqi Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında dövlət başçısının verdiyi tapşırıqlarla əlaqədar olaraq gerçəkləşdirilib.