İCRA BAŞÇISININ MAŞININDA RƏQS EDƏN XANIM… - FOTO
Qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib Bir neçə gün əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da, Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi. Avtosfer.az-ın məlumatına görə, Niyazi Bayramovun xidməti avtomobili bu dəfə reportyor.org-un kamerasına tuş gəlib. Budəfəki kadrlar Bakıda – Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. Sayt bildirir ki, Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları… Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?