Möhürü əlindən alınmış baş memar və hərraca çıxarılan Kür sahili – ŞOK İDDİA

niyazi-bayramov

İddiaya görə icra başçısı möhürü şəhərin baş memarının əlindən alaraq birinci müavininə verib

Söhbət Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdan gedir.

Ölkə.az-a rayondakı etibarlı mənbədən daxil olan məlumata görə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı Etibar Abdullayevdən möhürü alaraq özünün birinci müavini İlham İsmayılova verib.

Mənbənin verdiyi məlumata görə buna səbəb icra başçısı Niyazi Bayramovun Mingəçevir şəhər İcra Hakimiyyətinin baş memarı Etibar Abdullayevə etibar etməməsi olub. İcra başçısı Etibar Abdullayevin gizli şəkildə torpaq satacağından ehtiyatlanır.

Daxil olan məlumatda icra başçısının xeyir-duası ilə baş memarın möhürünə yiyələnən birinci müavin İlham İsmayılov isə “gəliri” icra başçısı Niyazi Bayramovla bölüşür.

Digər bir iddiaya görə isə, Mingəçevir şəhər İcra Hakimiyyəti Kür çayının sahilində obyekt yerlərinin “sotunu” 20 min manatdan satır.

Mövzuya qayıdacağıq.

AzerTaym.az






Fikirlər