YOL çəkilişi üçün XÜSUSİ LAYİHƏ hazırlanacaq – “AZƏRAVTOYOL"

Похожее изображение

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hisəssinin sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi planlaşdırılır.

Bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “Xalq” qəzetində dərc olunan “Heydər Əliyev iqtisadiyyatın inkişafında yol infrastrukturunun roluna yüksək qiymət verirdi başlıqlı məqaləsində yazıb.

S. Məmmədovqeyd edib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər davam etdirilir. Layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Bu il yolun Müşviqabad qəsəbəsinin ərazisindən keçən 13,3-15,1 kilometrlik hissəsinin, 29,6 kilometrlik Müşfiqabad-Cəngi, 44,6-67,5 kilometrlik Cəngi-Qobustan və 67,5-91-ci kilometrarası Qobustan-Bədəlli hissələrinin tikintisi başa çatdırılacaq.

"AzerTaym.az"






Fikirlər