ELDAR MAHMUDOV VASİF TALIBOVU HƏDƏLƏYİB! – Sensasiyalı iddia

2016-01-15-09-55-49eldar_vasifVəli Ələsgərovun həbsinin səbəbləri barədə daha bir iddia

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsi və Muxtar Respublika rəhbərliyinin ona qarşı aqressiv davranışının səbəbləri barədə redaksiyamıza ilginc məlumat daxil olub.
Məlumatda bildirilir ki, Vəli Ələsgərovun həbsinə səbəb keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbova göndərdiyi ismarıc olub. “MTN işi”ndə Eldar Mahmudova qarşı ən sərt mövqe tutanlardan biri də Vasif Talıbov idi.veliTəsadüfi deyil ki, Eldar Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra Vasif Talıbovun göstərişi ilə keçmiş nazirin atası Əhməd Mahmudovun Naxçıvanda adını daşıyan məktəbin önündəki büstü götürüldü. Daha sonra isə ümumiyyətlə məktəb söküldü. Bu olay Eldar Mahmudovu bərk qəzəbləndirib və o, Vasif Talıbova ismarıc göndərərək onu hədələyib”, – deyə mənbə bildirib. Mənbənin sözlərinə görə, Eldar Mahmudovun ismiarıcında Vasif Talıbovla bağlı ciddi kompramatlara eyham edilib. Həmçinin Vasif Talıbova bəlli olub ki, Eldar Mahmudov və dəstəsi tərəfindən hər addımının izlənilirmiş. Ali Məclis sədri isə bu məsələlərdə Vəli Ələsgərovdan şübhələnib. Lakin Vəli Ələsgərov Vasif Talıbovu Eldar Mahmudovla işbirliyində olmadığına əmin etməyə çalışıb. “Lakin Vəli Ələsgərov Vasif Talıbovu inandıra bilməyib. Çünki Vəli Ələsgərov Eldar Mahmudov və dəstəsi tərəfindən izlənilməsi barədə Vasif Talıbovu nədən xəbərdar etmədiyi barədə suala qanedici cavab verə bilməyib”, – deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, məhz bütün bunlara görə Vasif Talıbov Vəli Ələsgərovun işdən çıxarılması və həbsi ilə kifayətlənməyib. O,  işgəncələrə məruz qalıb. Məlumat üçün deyək ki, Vəli Ələsgərov martın 7-də həbs olunub.(azadlıq.info)

 






Fikirlər