Dejavyu — əcdadlarımızın QAN YADDAŞI, Dejavyu — əcdadlarımızın qan yaddaşı, yoxsa keçmiş həyatın izləri
Bəlkədə çoxlarına maraqlıdır dejavyu hadisəsi. Statistikaya görə, insanların 97%-i bu vəziyyəti yaşayıb. Fransız dilindən tərcümdə dejavyu " artıq gördüm" mənasını verir. İlk dəfə getdiyin yer və ya insanı öncələr də görmüş kimi təəssüratın yaşanması deməkdir dejavyu. Yaxud hansısa bir hadisənin artıq öncə də başınıza gəldiyini xatırlayırsınızsa, demək siz də dejavyu ilə tanışsınız. Bəzən insan hətta bir neçə saniyə sonra nə olacağını da bilir. Sanki bir filmə ikincə dəfə baxırsan. Fizioloji baxımdan dejavyu hadisəsi 10 saniyə davam edir. O elm tərəfindən izah olunmamış, lakin zərərsiz bir hadisədir. Dejavyu nə üçün baş verir, alimlər bu suala cavab tapa bilməyiblər. Lakin laboratoriyalarda aparılan eksperimentlər maraqlı faktlar ortaya çıxarıb. Alimlər bir neçə nəfərə müəyyən rəsmlər, musiqilər, səslər nümayiş etdiriblər. Sonra hipnoz altında bunu unutdurmağa çalışıblar. Hipnozdan bir neçə gün sonra eyni səs və rəsmlər nümayiş etdirilərkən insanlar dejavyu yaşadıqlarını bildiriblər. Deməli dejavyu unudulan yaddaşdır. Ziqmund Freydin müasirlərindən olan Karl Yunq öz paralel həyatını xatırladığını bildirib. Tina Törner Misirdə, Madonna isə Çində olarkən keçmiş həyatlarını xatırladıqlarını dilə gətiriblər. Hipnoterapevt alim Dolores Kennon hesab edir ki, ruh insan bədəninə daxil olmadan gələcək həyatına dair planlar qurur. Dejavyu anında ruhumuz öncə seçdiyi yollardan birini xatırlamış olur. Yəni ruh bu yolu bir dəfə artıq gəzib və görüb, o nə olacağını bilə-bilə cism üçün bir yol seçir. İslam aləmində Kaalu Bəla anlayışı bir qədər dərindən araşdırılacaq olsa dejavyu hadisəsinə müəyyən izah vermək olar. Səmavi dinlərin hamısında qeyd edilir ki, insan yer üzünə göndərilməzdən çox-çox əvvəl yalnız ruh halındaykən yaradana bir söz verir. İstənilən sınaq qarşısında ona sadiq qalmaq, qul odluğunu unutmamaq sözü. Bu vəd verildikdən sonra ruhlar dünyaya gəlir və həyat mübarizəsi başlayır. Ruh yaddaşımız silindiyinə görə biz bunu xatrlamırıq. Amma heç bir qan bağımız, dostluğumuz olmadığı halda bizə çox doğma gələn biri ilə Kaalu-Bəla zamanından tanışıq demək ki. Və ya bizə heç zərəri toxunmadığı halda birisindən mənfi enerji alırsansa deməli keçmiş həyatınızda ruhlarınız yola getməyib.