TALEH Bağırov və FUAD Qəhrəmanlının məhkəməsində gərginlik

fuad 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər – Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Ceyhun İmamverdiyev hakimin, dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və vəkillərinin suallarını cavablandırıb.

Günün ikinci yarısında davam etdirilən prosesdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Şahlar Cəfərov ifadə verib.

O bildirib ki, hadisə günü məlumat daxil olandan sonra Nardaranda əməliyyat keçirilib.

Təqsirləndirilən T.Bağırov və A.Hüseyn hadisədən sonra onlara Ş.Cəfərovun işgəncə verdiyini deyib. Ş.Cəfərov isə bunun yalan olduğunu bildirib. Bundan sonra məhkəmədə gərginlik yaranıb.

Hakim təqsirləndirlən şəxslərə proses boyu xəbərdarlıq edib.

Məhkəmə iclası sentyabrın 7-nə təyin edilib.

 






Fikirlər