12.05.2014. - Prezident analar gününü qeyd etdi (FOTO)
Türkiyənin prezidenti Abdullah Gül anası Ədəviyyə Gülün “Analar günü”nü təbrik edib.
ANS-in verdiyi xəbərə görə, bu barədə məlumat Türkiyə prezidentinin sosial şəbəkədəki səhifəsində yayılıb.
Doğulub böyüdüyü Kayseri şəhərindəki bağ evində dincələn Gül valideynləri ilə birlikdə çəkdirdiyi şəkli də tvitter mesajına əlavə edib.
Abdullah Gül, həmçinin bütün anaların da “Analar günü”nü təbrik edib.
“Kayseridə günə anamın əlini öpərək başladım. Bu vəsiləylə bütün analarımızın bu gözəl gününü təbrik edirəm”.
Xatırladaq ki, Türkiyədə hər il may ayının ikinci həftəsinin son günü analar günü kimi qeyd olunur.