12.05.2014. - Sabiq departament direktoru vəfat edib
Bu barədə AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, R.Hüseynov bu gün səhər dünyasını dəyişib.
Rəhim Hüseynov 1961-ci il iyul ayının 22-də Bakıda anadan olub. 1978-1983 illər ərzində Azərbaycan Neft Kimya İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə Elmlər Akademiyasında çalışıb, 1990-cı ildən etibarən isə özəl biznesə başlayıb. 1991-1992 ci illərdə Türkiyədə təhsilini davam edərək idarəetmə üzrə magistr diplomunu alıb. 1996-cı ildə SİAR şirkətini, 2000-ci ildə Azərbaycan Marketinq Cəmiyyətini son illərdə isə bir neçə başqa şirkətləri qurub.
2002-2004 ci illər ərzində İqtisadı İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəhbəri, 2004-2006-cı illərdə isə həmin nazirliyin Antiinhisar siyasəti departamentinin direktoru olaraq çalışıb.
Rəhim Hüseynov ötən il Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Mərkəzi Aparatının “İnnovasiya” şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Mərhumun bir qızı var.
Allah rəhmət eləsin.