İnterpolun prezidenti dəyişib
İnterpolun yeni prezidenti seçilib.
APA-nın məlumatına görə, təşkilatın "Twitter" səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, İnterpolun yeni sədri Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey olub.
Yeni prezident İnterpolun İndoneziyada keçirilən 85-ci Baş Assambleyasının sessiyasında seçilib.
M. Hunvey 2012-ci ildən İnterpola rəhbərlik edən fransız xanım Miley Belestrazini əvəz edib.
İnterpolun Rusiya Milli Bürosunun sədri, general-mayor Aleksandr Prokopçuk isə təşkilatın vitse-prezidenti seçilib