Türk diplomatın qızı Bakıda intihar etdi - VİDEO
Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.
APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Günler Şəvvalın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır.
***
09.01
Bakıda intihar olub.
APA-nın məlumatına görə, hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Günlər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb.
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.