Xarici pasport almaq neçəyədir? – QİYMƏTLƏR

Related image

Son aylarda xarici pasport almaq istəyənlərin müraciətləri artıb. “Dövlət rüsumu haqqında” qanuna əsasən, ümumvətəndaş pasportları maksimum 10 iş günü müddətində verilir. 
Fins.az xarici pasportlarının verilməsi və dəyişdirilməsi üçün dövlət rüsumlarını təqdim edir:
1 yaşınadək uşaqlar üçün - 10 manat;
1 yaşından 3 yaşınadək uşaqlar üçün - 20 manat;
3 yaşından 18 yaşınadək uşaqlar üçün - 30 manat;
18  yaşına çatmış vətəndaşlara - 40 manat.
5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
1 yaşınadək uşaqlar üçün - 20 manat;
1 yaşından 3 yaşınadək uşaqlar üçün - 40 manat;
3 yaşından 18 yaşınadək uşaqlar üçün - 60 manat;
18 yaşına çatmış vətəndaşlara - 80 manat.
1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
1 yaşınadək uşaqlar üçün - 40 manat;
1 yaşından 3 yaşınadək uşaqlar üçün - 80 manat;
3 yaşından 18 yaşınadək uşaqlar üçün - 120 manat;
18 yaşına çatmış vətəndaşlara - 160 manat təşkil edir.Qeyd edək ki, bu qiymətlər Daxili İşlər Nazirliyinin Miqrasiya Pasport Xidmətində və ASAN Xidmətdə eynidir. 






Fikirlər