20.08.2014- İstidən Gürcüstan vətəndaşı öldü
İsti hava sürücünün elə sükan arxasındaca dünyasını dəyişməsinə səbəb olub.
ANS TV-nin məlumatına görə, hadisə Səbail rayonu, Salyan yolu, 32 ünvanında yerləşən Nəqliyyat Terminalinda baş verib. Saat 15.00 radələrində idarə etdiyi yük maşını ilə terminala gələn Gürcüstan vətəndaşı, 1963-cü il təvəllüdlü David Tsularanın halı qəfil pisləşib.
Təcili Tibbi Yardım briqadası gələnədək sürücü keçinib. İlkin müayinə zamanı 51 yaşlı sürücünün kəskin istilərin səbəb olduğu ürək çatışmazlığından vəfat etdiyi müəyəyn edilib.
Hadisə ilə bağlı araşdırmalar aparılır