Salyanda idarə müdiri İŞDƏN ÇIXARILDI
Salyanda idarə müdiri tutduğu vəzifədən azad edilib. "AzerTaym.az" Report-a istinadla xəbər verir ki, Salyan rayon Su-Kanal İdarəsinin müdiri İlqar Xəlilov işdən çıxarılıb. Onun yerinə Afiq Məmmədyarov təyin olunub. A.Məmmədyarov bundan əvvəl RİH-nin İqtisadiyyat şöbəsində referend vəzifəsində çalışıb.