Vətəndaş Pərviz Qurbanov Yasamal rayonu, Y.Yasamal Dadaş Bünyadzadə küçəsində yerləşən "Bəyaz Market"dən şikayətçidir.
O, Unikal.org-a bildirib ki, marketin satdığı keyfiyyətsiz elektrik çaynikinin onun evində bədbəxt hadisəyə səbəb olmasının qarşısını güclə alıb. Vətəndaş istehlakçı hüquqlarının pozulduğunu və bununla bağlı dövlət qurumlarına müraciət etdiyini deyir: " 22.04.2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal Dadaş Bünyadzadə küçəsində yerləşən "Bəyaz Market"dən elektrik çayniki aldım. Evdə ilk istifadə zamanı çaynikin plastik hissəsi partladı və alışıb yandı. Xoşbəxtlikdən hadisə zamanı alışmanın şahidi olduğumdan baş verəcək yanğının qarşısını zamanında aldım. Elektrik çaydanını qutusuna qoyaraq satış qəbzi ilə birgə "Bəyaz Market" yaxınlaşdım. Satdıqları keyfiyyətsiz məhsul ucbatından evimdə yanğın olacağını diqqətlərinə çatdırdım. Market işçiləri məni xeyli vaxt gözlədib müdriyyətə məlumat verildikdən sonra, malı nə dəyişdirə, nə də ki, pulu qaytara biləcəklərini dedilər. Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Azad İstehlakçılar Birliyinə rəsmi müraciət etmişəm".