Ermənistan bazarında Azərbaycan alması: Rəsmilərin əli var- AÇIQLAMA
“Ermənistan bazarında ölkəyə qeyri-qanuni yollarla idxal edilmiş Azərbaycan alması aşkar edilib. Hazırda məsələyə aidiyyatı olan şəxsin aşkar edilməsi üzrə tədbirlər görülür”. Cebhe.info-nin məlumatına görə, bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Məsələ ilə bağlı “Azadlıq” radiosunun erməni bürosunun sualına cavab olaraq MTX-dən bildirilib ki, adıçəkilən təşkilatın müvafiq bölmələri Ermənistanın müvafiq strukturlarından olan rəsmi şəxslərin Azərbaycandan ölkə ərazisinə qeyri-qanuni alma gətirilməsində mümkün iştirakı ehtimalını öyrənmək üçün yoxlamalar aparır. “Bu tədbirlərin nəticəsində xüsusilə idxalı həyata keçirmiş şəxslərin əhatə dairəsi haqqında mümkün məlumatlar əldə edilib. İlkin məlumatlara görə, məhsulun gətirilməsi qanunsuz yollarla baş verib. Hazırda bu işlə bağlı olan digər şəxsləri müəyyənləşdirmək və bütün halların araşdırılması üçün fəaliyyət aparılır”-Ermənistan MTX-in açıqlamasında belə deyilir. AzerTaym.az